azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Serbiya enerji təhlükəsizliyinin təmin olunmasını müzakirə edib

18-12-2024 Baxılıb: 0

IMG

İqtisadiyyat nazirinin müavini Anar Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər çərçivəsində Belqradda bu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviçlə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə SOCAR-ın və Serbiyanın müvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı bildirilib ki, Azərbaycan Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Ölkələrimiz arasında iqtisadi əlaqələr qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında genişlənir. Energetika sahəsi ikitərəfli iqtisadi tərəfdaşlığın gücləndirilməsində önəmli faktordur.

Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, o cümlədən, Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə tikintisi imkanları barədə müzakirə aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031