azturkxeber.az
http://azturkxeber.az

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb

16-12-2024 Baxılıb: 0

IMG

İnnovativ məhsulların Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb.

AMB-dan bildirilib ki, bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün qəbul prosesi həyata keçiriləcək. Müraciətlərin qəbulu 2025-ci ilin yanvar ayının 15-dək davam edəcək.

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, xüsusi tənzimləmə rejimi ölkədə maliyyə inklüzivliyini artırılmaqla bazarın daha şəffaf və səmərəli surətdə inkişaf etməsinə dəstək göstərməyi hədəfləyir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031