azturkxeber.az
http://azturkxeber.az

“Jibek Joly” turist qatarı Qazaxıstanla Özbəkistanı birləşdirəcək

11-12-2024 Baxılıb: 0

IMG

Qazaxıstanda 2025-ci il yanvarın 2-dən 7-dək Qazaxıstan və Özbəkistanın əsas mədəni və mənəvi mərkəzləri: Almatı - Türküstan - Daşkənd - Səmərqənd - Almatı şəhərlərini birləşdirəcək “Jibek Joly” adlı unikal turizm qatarı işə salınır.

azturkxeber.az  Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, beşgünlük səyahət turistlərə qədim şəhərlərin atmosferinə qərq olmaq, bölgənin mənəvi irsi ilə tanış olmaq və Böyük İpək Yolunun məşhur görməli yerlərini araşdırmaq imkanı verəcək.

Səyahətçilərin maksimum rahatlığı üçün müasir komfort vaqonlar, sağlam qidalanma, peşəkar bələdçi xidmətləri və rəngarəng ekskursiya proqramı nəzərdə tutulub.

Marşruta Türküstanda Xoca Əhməd Yəsəvinin məqbərəsi, Arıstan Baba məqbərəsi, “Aziret Sultan” tarix-mədəniyyət qoruq-muzeyi, Daşkənddəki Həzrəti İmam kompleksi və Səmərqənddəki Registan meydanının ziyarət edilməsi daxildir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında “Sərnişindaşımaları” ASC pilot layihəsi çərçivəsində Almatı – Türküstan – Daşkənd – Almatı marşrutu üzrə “Jibek Joly” turist qatarını yola salmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031