Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Azturkxeber.az-ın məlumatına görə, fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilərək, müxtəlif ekspertizalar təyin edilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam edir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, hər bir fakta və əmələ hüquqi qiymət veriləcək