Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 56002:2021 “İnnovasiyalar üzrə idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin sertifikatı ölkəmizdə ilk dəfə Dövlət Agentliyi əldə edib. Standartın alınması Dövlət Agentliyində innovasiya ekosisteminin beynəlxalq standartlara uyğun formalaşdırılmasının göstəricisidir.
Sertifikat Beynəlxalq Standartlar Təşkilatında (ISO) akkreditasiya olunmuş Türkiyə Standartlar İnstitutu tərəfindən verilib.
Dövlət Agentliyində formalaşdırılan innovasiyalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha effektiv və keyfiyyətli təşkili, həmçinin vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tətbiq olunur.