azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Xəzərin ekosisteminin bərpası ilə bağlı müzakirələrdə iştirak edib

09-12-2024 Baxılıb: 0

 

Astanada Dünya Bankının “Xəzər dənizinin ekosisteminin bərpası: çirklənmənin idarə edilməsi sahəsində və biomüxtəlifliyin qorunub saxlanılmasında potensialın yaradılması” layihəsinin hazırlanması üzrə ilkin qiymətləndirmə səfəri çərçivəsində görüşlər keçirilib.

azturkxeber.az Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumi büdcəsi 12 milyon dollar olan layihənin üç Xəzəryanı ölkədə (Azərbaycan, Qazaxıstan, Türkmənistan) həyata keçirilməsi planlaşdırılır və bu da üç əsas komponenti - Xəzər dənizinin çirklənmədən qorunması, biomüxtəlifliyin qorunması və sahil zonasının davamlı idarə olunmasını əhatə edir.

Aparılmış danışıqlarda Qazaxıstan, Azərbaycan, Türkmənistan və Özbəkistanın dövlət orqanlarının əməkdaşları, Dünya Bankının və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Onlar layihənin prioritet istiqamətlərini, o cümlədən regional inteqrasiya, çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması üzrə tədbirləri müzakirə ediblər.

Xəzər və Aral dənizlərinin akvakulturasına həsr olunmuş seminar çərçivəsində mövcud vəziyyət və çağırışlara dair məruzələr təqdim olunub. Xəzər və Aral dənizi hövzələri ölkələrində akvakulturanın inkişafının yol xəritəsinin yaradılması istiqamətində də iş aparılıb.

Tədbirin yekunu olaraq, hər bir ölkə ilə ayrı-ayrılıqda layihə komponentlərinin əlaqələndirilməsini başa çatdırmaq üçün gələn ilin yanvar ayında onlayn görüşlərin keçirilməsi barədə razılıq əldə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031