azturkxeber.az
http://azturkxeber.az

Uşağın anadan olmasına və dəfnə görə birdəfəlik müavinətlər üçün banka yaxınlaşmağa ehtiyac olmayacaq

09-12-2024 Baxılıb: 1

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət keyfiyyətini daha da artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək məqsədi ilə növbəti yeniliyə imza atılıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar “Kapital Bank”ın “Birbank” mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.

Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar “Birbank” tətbiqində əks olunacaq.

Həmin məbləği “Kapital Bank”dan nağdlaşdırmaq və ya “Birbank” tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.

“Birbank” mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031