azturkxeber.az
http://azturkxeber.az

Energetika Nazirliyi GECF-in 26-cı Nazirlər İclasında təmsil olunub

09-12-2024 Baxılıb: 0

Energetika nazirinin müavini Kamal Abbasov İranın paytaxtı Tehranda keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 26-cı Nazirlər İclasında çıxış edib.

Nazirlikdən bildirilib ki, nazir müavini ölkəmizin zəngin təbii qaz ehtiyatlarına və strateji mövqeyinə əsaslanaraq qlobal enerji bazarında mühüm rol oynadığını bildirib.

Azərbaycan qazının 12 ölkə tərəfindən idxal edildiyi və bunun enerji resurslarımıza artan tələbatın göstəricisi olduğu diqqətə çatdırılıb. Çıxışda Bakıda keçirilmiş COP29 konfransının uğurlarından da bəhs edilib. Konfrans çərçivəsində GECF-in təşkil etdiyi panel müzakirələrinə toxunularaq təbii qazın dayanıqlı enerji keçidindəki əhəmiyyəti vurğulanıb.

Sonda 27-ci Nazirlər İclasının 2025-ci ilin son rübündə Qətərin paytaxtı Dohada keçirilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031