azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan şəhərindəki marketdə plandankənar yoxlama keçirilib, nöqsanlar aşkarlanıb

09-12-2024 Baxılıb: 2

 Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Dan yeri” marketdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, satışda olan "Sprite" markalı qazlı içkilərin yararlılıq müddətinin bitdiyi, yararlılıq müddəti bitmiş kolbasa və quş əti məhsullarının satışda olan yağ məhsulları ilə birgə eyni soyuducuda saxlanıldığı, mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl edilmədiyi, qida məhsullarının saxlandığı anbarda təmizliyə riayət olunmadığı və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb.

Uyğunsuzluqlarla bağlı marketin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031