azturkxeber.az
http://azturkxeber.az

ABB 32 istiqamət üzrə süni intellektdən istifadə etdiyini açıqlayıb

09-12-2024 Baxılıb: 2

 Bu gün ABB-nin təşkilatçılığı ilə ölkəmizdə ilk Data və Süni İntellekt Sammiti təşkil olunub.
Xeyli maraqlı təqdimatlar oldu. 

Görünən odur ki, bizdə data əsaslı qərarvermə, datadan effektiv istifadə və süni intellekt məsələlərində görüləcək işlər hədsiz çoxdur. 
Rəqəmsal transformasiyada son zamanlar müəyyən uğurlar olsa da süni intellekt sahəsində vəziyyət qənaətbəxş deyil.
Görünür ki, məhz bu səbəbdən İRİA rəsmisinin təqdimatı da  daha çox rəqəmsal transformasiya məsələlərinə həll olunmuşdu.
Dövlətə məxsus dataların paylaşılması və effektiv istifadəsi, qərarların qəbul edilməsində süni intellektdən istifadə sahəsində dövlət sektorunda daha cox lənglik var. 
Sammitdə deyildiyi kimi “dövlət qurumları dataları paylaşmaqda xəsislik edirlər”.

Amma yaxşı nümunələr də var.
Elə həmin sammitdə ABB rəsmiləri elan etdilər ki, qurumda 125 ML (maşın öyrənmə) modeli sınaqdan keçirilir.
Maraqlısı odur ki, ABB artıq  32 müxtəlif sahədə süni intellekt tətbiq  etdiyini, bu isitiqamətlər üzrə işləyən real modellərin və həllərin olduğunu  açıqladı.
Çox diqqət cəlb edən rəqəmlərdir. 
Süni intellekt məsələsi ortaya çıxan qısa müddət ərzində qurumun bu qədər işlək modellər ortaya çıxarması və tətbiq etməsi təqdirə layiqdir.

ABB müştəri təcrübəsini yaxşılaşdırmaq, multi-dil dəstəyi, müştəri davranışların təhlili, müştəri sorğularının avtomatik cavablandırılması , prosesləri optimallaşdırmaq, risklərin qiymətləndirilməsi və s. sahələrdə artıq süni intellekt modellərindən istifadə edir.

Görünən həm də odur ki, ABB ölkədə bəlkə də ilk dəfə bütün bu modellərin, maşın öyərnilməsi və data email proseslərinin hazırlanması və testdən keçirilməsi üçün, xeyli sayda süni intellekt həllərini və ML modellərini özündə cəmləşdirəm özünün böyük bir texnoloji platformasını (Aİ Factory ) da yaradıblar.

Yeri gəlmişkən, bir neçə gün öncə Prezident fərmanı əsasında RİNN süni intellekt sahəsində də tənzimləyici səlahiyyətlər əldə edib.

Ümid edək RİNN, İRİA, 4SİM, AİLab datalardan effektiv istifadə və süni intellekt sahəsində dövlət və özəl sektorda  yerli və beynəlxalq müsbət təcrübələrin öyrənilməsi və tətbiq edilməsi sahəsində, mühitin inkişafı sahəsində səylərini birləşdirərək bu sektorda bir canlanma yarada biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031