azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq parlament konfrasının iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət ediblər

07-12-2024 Baxılıb: 0

 Dekabrın 7-də ölkəmizdə səfərdə olan “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusundakı beynəlxalq parlament konfransının iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Konfrans iştrakçıları sonra 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, gül dəstələri düzüblər.
Ziyarət zamanı nümayəndə heyətlərini  Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Heydər Əsədov, Eldar Quliyev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Səttar Möhbalıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031