azturkxeber.az
http://azturkxeber.az

05 dekabr 2024-cü il tarixində Lənkəranda (UNESCO-nun Qastronomiya şəhəri) “Birinci  Ləvəngi Festivalı” keçirilib

07-12-2024 Baxılıb: 4

 05 dekabr 2024-cü il 05 dekabr 2024-cü il tarixində Lənkəranda (UNESCO-nun Qastronomiya şəhəri) “Birinci  Ləvəngi Festivalı” keçirildi. tarixində Lənkəranda (UNESCO-nun Qastronomiya şəhəri) “Birinci  Ləvəngi Festivalı” keçirildi. Tədbirin təşkilatçıları: Lənkəran şəhəri İcra Hakimiyyəti,  Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Milli Kulinariya Assosiyasiyasıdır.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq mühfizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Festivalda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, müsiqi nömrələri səsləndirilib.
Lənkəranın, eləcə də cənub bölgəsinin ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.

Tədbirin münsiflər heyəti:
Əmiraslanov Abdulla
Suleymanova Simuzər
İsmayılov Firdovsi
Əsədova Səyyarə 
Kazımov Abdulla  
Mirzəyev Amid
Mürsəlova Nailə
Salahova İradə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031