azturkxeber.az
http://azturkxeber.az

Şuşa sakini: "Artıq öz evimizdə, öz torpağımızdayıq"

07-11-2024 Baxılıb: 5

 

Şuşadan olan keçmiş məcburi köçkünlər bu ilin may ayından etibarən doğma şəhərdə daimi məskunlaşmağa başlayıblar. Şəhər günbəgün dirçəlir, yenidən qurulur, abadlaşır. Hədsiz sevinc hissi keçirilən sakinlə yeni mənzillərdə rahat yaşayırlar. Onlar uzun illər arzusunda olduqları qayıdışa, şəhərdə layiqli və təhlükəsiz həyat şəraiti yaradılmasına görə Prezident,Müzəffər Ali Baş Komandana, hər zaman onların qayğısına qalan, problemlərini diqqət mərkəzində saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar. Topraqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, bu yolda sağlamlığını itirən qazilərimizə şəfa diləyirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış və Şuşa şəhərinə həsr olunmuş videoçarxı təqdim edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031