azturkxeber.az
http://azturkxeber.az

Səməd Qurbanovun yerinə Emin Ağalarov təyin olundu

02-12-2024 Baxılıb: 5

 Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədr təyin olunub. 

Azturkxeber.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərar Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin toplantısı zamanı verilib. 

Belə ki, 2018-ci ildən Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri olan tanınmış iş adamı Səməd Qurbanov vəzifəsindən ayrılıb. Onun yerinə digər tanınmış iş adamı Emin Ağalarov təyin olunub. 

Qeyd edək ki, Emin Ağalarov Rusiya və Azərbaycanda böyük bizneslərin sahibi, eyni zamanda Azərbaycanın Xalq artistidir. Onun əsas layihələri sırasına “Sea Breeze Resort” developer layihəsi, çox saylı restoran və fitness şəbəkələri daxildir.

Xatırladaq ki, Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə yaradılıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri iqtisadiyyatın kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və s. kimi müxtəlif sahələrində fəaliyyət göstərən iri, orta və kiçik biznesin nümayəndələridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031