azturkxeber.az
http://azturkxeber.az

Lənkəran ASAN Xidmət Mərkəzinin əməkdaşları və könüllüləri üçün maarifləndirici tədbir təşkil olunub 

02-12-2024 Baxılıb: 4

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tərəfindən Lənkəran ASAN Xidmət Mərkəzində “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
ASAN Xidmət Mərkəzinin əməkdaşları və könüllülərinin iştirakı ilə keçirilmiş tədbirdə Regional Mərkəzin rəhbəri Ziya İsmayılov Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə geniş məlumat verib.
Eyni zamanda, tədbir iştirakçıları müvafiq sahədə mövcud olan milli və beynəlxalq sənədlər, ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində aparılan hüquqi islahatlar haqqında da məlumatlandırılıblar.
Yekunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031