azturkxeber.az
http://azturkxeber.az

1,5 milyon illik ayaq izlərinin sirri açılıb

01-12-2024 Baxılıb: 3

IMG

2021-ci ildə Keniyada Turkana gölünün sahilində aşkar edilən və 1,5 milyon il əvvələ aid edilən ayaq izləri Homo erectus və Paranthropus boiseinin eyni yerdə və eyni zamanda yaşadığını göstərir. Homo erectusun müasir insanların birbaşa əcdadı olduğu güman edilir, Paranthropus boisei isə daha çox meymunlara bənzəyir və daha sürətli yeriyirdi.

Tədqiqatçı alim Neil  Roach Homo erectusun yerimə tərzinin müasir insanlara bənzədiyini söyləyərək, "Ayaqları sərt olub və yeriyərkən əvvəlcə dabanlarını basıb, sonra barmaqlarını istifadə ediblər”-deyib.

ABŞ-nın Chatham Universitetinin alimi   Kevin Hatalanın fikrincə, ilk dəfə iki növün yan-yana yaşadığını bilirik. Yəqin ki, onlar bir-birlərinin varlığından xəbərdar  olublar.

Tədqiqatçılar iki növün eyni ekosistemdə yaşadığını təsdiqləyirlər. Ayaq izlərinin bir neçə saat və ya gün fərqlə əmələ gəlməsi bu iki növün bir-biri ilə qarşılıqlı əlaqədə ola biləcəyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031