azturkxeber.az
http://azturkxeber.az

ETX: “Citrix”in cihazlarında yaddaş təhlükəsizliyi boşluğu aşkar olunub

29-11-2024 Baxılıb: 1

IMG

“Citrix” şirkətinin “NetScaler ADC” və “NetScaler Gateway” cihazlarında yaddaş təhlükəsizliyi boşluğu (CVE-2024-8534) aşkar olunub.

azturkxeber.az Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadla xəbər verir ki, boşluq, cihazın “Gateway” və ya “Authentication Server” (AAA vServer) rejimində işləməsi və eyni zamanda RDP xüsusiyyətinin aktiv olması ilə əlaqəlidir. Əgər cihazda “RDP Proxy Server” profili də qurulmuşdursa, bu boşluğun istismar ehtimalı artır.

“Boşluğun uğurlu istismarı sistemdə yaddaş zədələnməsi yaradaraq xidmətin dayanmasına səbəb ola, həmçinin sistem performansının azalması və məlumatların korlanması kimi təsirlərə yol aça bilər. İstifadəçilərə və inzibatçılara təsirə məruz qalmış cihazları ən son versiyaya yeniləmək tövsiyə olunur”, - deyə ETX-nin məlumatında bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031