azturkxeber.az
http://azturkxeber.az

Azad edilmiş ərazilərdə məşğulluğun təmin olunmasında işəgötürənlərlə gələcək əməkdaşlığa dair müzakirə aparılıb

29-11-2024 Baxılıb: 1

IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup işəgötürənlə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Mənzil İnşaatı Dövlət Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması məqsədilə icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verib.

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkili işlərində işəgötürənlərlə davamlı əməkdaşlığın həyata keçirildiyi bildirilib, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlər diqqətə çatdırılıb.

Həmin ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması sahəsində görülmüş işlərdən bəhs olunub. İşəgötürənlərlə birgə bu sahədə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031