azturkxeber.az
http://azturkxeber.az

TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb

06-11-2024 Baxılıb: 4

  

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb.

azturkxeber.az Qırğızıstan Milli Bankına istinadən verdiyi məlumata görə, memorandumu qurumun sədri Melis Turqunbayev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Milli Bankının İdarə Heyətinin sədri Timur Suleymenov, Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan və Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.

“TDT-yə üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, pul-kredit siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər sahələrdə təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasına yönəlib”, - məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031