Panamada güclü yağışlar nəticəsində 5 nəfər ölüb
Panamada son tropik qasırğanın səbəb olduğu güclü yağışlar nəticəsində ikisi azyaşlı olmaqla, azı 5 nəfər həlak olub.
Bu barədə "Sinxua" agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.
Milli Mülki Müdafiə Sisteminin məlumatına görə, beş qurbandan dördü suda boğulub, biri torpaq sürüşməsi nəticəsində ölüb.
Panama Təhsil Nazirliyi bütün ölkədə dərsləri ləğv edib.