Havay adasındakı Havay Milli Parkı ABŞ-nın ən aktiv vulkanlarına ev sahibliyi edir. Bölgədəki Kiloea vulkanı yenidən aktivləşib. Vulkan lavası 80 metr yüksələrək 850 hektar əraziyə yayılıb. Partlayışın 2007-ci ildən ictimaiyyətə qapalı olan milli parkın sərhədləri daxilində baş verməsi potensial fəlakətin qarşısını alıb.
Sonuncu dəfə iyun və sentyabr aylarında aktivləşən vulkan 2018-ci ildə təxminən üç ay davam edən püskürmə zamanı 700-dən çox evin dağılmasına səbəb olub. Vulkanın püskürməsi nəticəsində ziyarətçilər ABŞ-dakı milli parkın açıq hissəsinə axışıblar. Mütəxəssislər vulkanın gələcəkdə püskürə biləcəyinə diqqət çəkirlər.