azturkxeber.az
http://azturkxeber.az

İngiltərədə 2050-ci ilədək hər dörd əmlakdan biri daşqın təhlükəsi ilə üzləşəcək

25-12-2024 Baxılıb: 0

IMG

Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin (EA) hesabatına görə, iqlim dəyişikliyi nəticəsində artan təhlükələr səbəbindən 2050-ci ilədək İngiltərədə təxminən səkkiz milyon əmlak, yəni hər dörd əmlakdan biri daşqın riski altında ola bilər.

Agentliyin ilk qiymətləndirməsində istiləşən dünyada daşqın təhlükəsinin artdığı bildirilib. Qeyd olunub ki, bu, daha güclü yağıntılar və dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Daşqın düzənliklərində daha çox ev tikilərsə, risk altındakı əmlakların sayı arta bilər. Lakin bu say daşqın əleyhinə müdafiə tədbirləri gücləndirilərsə, azala bilər. Hazırda 6.3 milyon əmlakın daşqın riski altında olduğu bildirilir ki, bu rəqəm əvvəlki proqnozlardan daha yüksəkdir.

“Yaşadığımız daşqın hadisələrinin tezliyi və şiddəti daha da güclənə bilər”,- agentliyin daşqın riski strategiyası üzrə direktoru Culi Foley bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031