Bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazanda 37 mərtəbəli yaşayış binasına dronla hücum edilib
“Mavi səmalar” adlı yaşayış kompleksində yanğın başlayıb və sakinlər təxliyə edilib.
Azturkxeber.ax xəbər verir ki, hadisə şahidləri üç dəfə partlayış olduğunu söyləyirlər. Dron binanın 15-ci mərtəbəsinə çırpılaraq partlayış törədib. Başlayan yanğın nəticəsində binanın liftləri bloklandığı üçün sakinləri yanğınsöndürənlər xüsusi nərdivanlarla xilas etməli olub.