Almaniyada bayram bazarında terror - 20 ölü, 80 yaralı
Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb.
Azturkxəbər.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 20 nəfər həlak olub, 80-i yaralanıb.
Bildirilib ki, hadisəni törədən sürücü həbs edilib.
Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib.
Şəhər polisinin məlumatına görə, hazırda Maqdeburqdakı Milad bazarında geniş əməliyyatlar keçirilir.