azturkxeber.az
http://azturkxeber.az

Əsma Əsəd ərindən boşanır

20-12-2024 Baxılıb: 0

 Suriyanın devrilmiş lideri Bəşər Əsədə növbəti zərbəni onun həyat yoldaşı Əsma Əsəd vurub

Azturkxeber.az  xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, Əsma Əsəd sığındıqları Moskvadakı həyat şəraitindən məmnun deyil və Londona gedə bilməsi üçün ərindən boşanmaq istəyir. 

İngiltərənin paytaxtı Londonda doğulan, bankçılıq karyerasını geridə qoyub 2000-ci ildə Bəşər Əsədlə evləndikdən sonra Suriyaya köçən Əsma Əsəd eyni zamanda Britaniya vətəndaşı olduğu üçün Rusiya məhkəməsinə müraciət edərək, Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib.

Qeyd edək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsədin sığınacaq istəyi Rusiya tərəfindən qəbul edilsə də, onun Moskvada hakimiyyət orqanları tərəfindən ciddi nəzarətə məruz qaldığı və paytaxtı tərk etməsinin, hər hansı siyasi fəaliyyətlə məşğul olmasının qəti qadağan edildiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031