Zəlzələdən sonra açıqlama verən Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya bütün qrupların dərhal sahə araşdırmalarına başladığını və hazırda hər hansı bir neqativ hal olmadığını bildirib. AFAD zəlzələnin bu gün yerli vaxtla 17.04-də yerin təxminən 16,22 kilometr dərinliyində baş verdiyini açıqlayıb.