Sakit okean sahilində yerləşən Kaliforniya ştatının Malibu şəhərində güclü külək nəticəsində yanğın baş verib. Yanğının 2800 dekardan çox əraziyə yayıldığını bildirən rəsmilər 20 mindən çox sakin üçün təxliyə əmri verib.
Milli Meteoroloji Xidmət isə bölgədə Santa Ana küləyinin sürətinin saatda 64 kilometrə çatdığını bildirib.
Bölgədə təhlükəsizlik tədbirləri səbəbiylə 40 mindən çox abunəçinin elektrik enerjisi kəsilib.Bundan əlavə, Santa Ana adlı güclü və quru küləklər səbəbindən digər bölgələrdə də yanğınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Malibuda sürətlə yayılan alov səbəbiylə dünən Pepperdine Universitetinin kampusunda olan tələbələr və işçilər də təxliyə edilib.