azturkxeber.az
http://azturkxeber.az

Yaponiyada Harry Potter qılınclarına qadağa

04-12-2024 Baxılıb: 0

IMG

Yaponiyadakı Harri Potter əyləncə parkında suvenir kimi satılan nüsxə qılıncların ölkədə silaha nəzarət qanununu pozduğu səbəbilə müsadirə edildiyi bildirilib.

Yaponiyanın “Asahi Shimbun” qəzetinin xəbərinə görə, bu barədə “Warner Bros Studios”a məxsus “The Making of Harry Potter” adlı tema parkının internet saytında açıqlama verilib. Açıqlamada paytaxt Tokiodakı əyləncə parkında suvenir kimi satılan və ucu itiliyinə görə ölkədə silaha nəzarət qanununu pozduğu təsbit edilən 86 santimetr uzunluğundakı paslanmayan polad qılıncların paylama problemi səbəbindən toplandığı bildirilir.

Bəyanatda replika qılıncın “Harri Potter” filmindəki  Qodrik Qriffindor personajına aid qılıncın orijinal rekreasiyası olduğu vurğulanıb və məhsulları alan müştərilərdən şirkətlə əlaqə saxlamaları xahiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031