azturkxeber.az
http://azturkxeber.az

“Bloomberg”: Almaniya çip istehsalına 2 milyard avro sərmayə yatıracaq

29-11-2024 Baxılıb: 3

IMG

Almaniyanın hakimiyyət orqanları ölkənin yarımkeçirici sənayesinin inkişafına təxminən 2 milyard avro sərmayə yatırmaq niyyətindədir.

“Bloomberg” agentliyinin məlumatına görə, Almaniya İqtisadiyyat Nazirliyi həmin vəsaiti müxtəlif sahələrə, o cümlədən yarımkeçirici plastinlərin istehsalı və çiplərin yığılması üzrə 10-15 layihəyə yatırmağı planlaşdırır. Bu istiqamətdə investisiyaların həcminin bir neçə milyard avroya çatacağı gözlənilir. Nazirlik, həmçinin çip istehsalçılarını subsidiyalar üçün müraciət etməyə çağırıb.

Hazırda Almaniyanın yarımkeçirici sənayesi ciddi böhranla üzləşib. Bir müddət əvvəl ABŞ-ın “Intel” korporasiyası Maqdeburq şəhərində təxminən 30 milyard avroluq zavodun tikinti layihəsini dayandırmaq qərarına gəlib. Eyni zamanda, “Wolfspeed” və “ZF Friedrichshafen” şirkətləri ölkənin qərbində çip istehsalı planlarından imtina edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031