Şri-Lankada leysan yağışların yaratdığı fəlakətlər nəticəsində 6 nəfərin həyatını itirdiyi, 17 nəfərin isə yaralandığı bildirilib. Yerli “Daily Mirror” qəzetinin məlumatına görə, Şri-Lanka Meteorologiya İdarəsi ölkədə baş verən fəlakətlər nəticəsində insan tələfatı ilə bağlı açıqlama verib.
Açıqlamada leysan yağışların törətdiyi fəlakətlərdə 6 nəfərin həyatını itirdiyi, 17 nəfərin yaralandığı, 6 nəfərin isə itkin düşdüyü, ölkə üzrə 330 min 894 nəfərin təbii fəlakətlərdən zərər çəkdiyi, 16 min 553 nəfərin isə 183 təhlükəsiz zonaya yerləşdirildiyi bildirilib. Təbii fəlakətlər nəticəsində 82 ev tamamilə dağılıb, 1465 ev isə qismən zədələnib.