azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin Esenboğa hava limanında təyyarə yanğını təlimi olub

28-11-2024 Baxılıb: 1

IMG

Esenboğa Hava Limanında Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi tərəfindən təyyarə yanğın manevri keçirilib.

Təlimdəki ssenariyə görə, İstanbul-Ankara reysi ilə 1261 nömrəli 160 sərnişin və 7 ekipaj üzvü olan A321 tipli sərnişin təyyarəsi eniş zamanı “qəza”ya uğrayıb.

Təyyarənin mühərriklərində və gövdəsinin altında baş verən yanğınla əlaqədar “təyyarə qəzası və dağıntı” siqnalı verilib, Hava Limanının Xilasetmə və Yanğından Mühafizə  qrupları həyəcan siqnalı ilə hərəkətə keçib.

3 dəqiqə ərzində hadisə yerinə gələn qruplar yanğına müdaxilə edərək qısa müddətdə alovu söndürüb. Ekipaj təyyarənin qapısını içəridən aça bilmədiyi üçün Hava Limanının Xilasetmə və Yanğından Mühafizə  qrupları təyyarəyə xaricdən daxil olublar.

Xilasetmə və təxliyyə əməliyyatının başlanması ilə yaralılar xərəkdə təcili yardım maşınlarına aparılıb və orada ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.

Təxliyyə əməliyyatı və yanğının soyudulması prosedurlarından sonra təyyarə təhlükəsiz əraziyə çəkilib və uçuş-enmə zolağı yenidən nəqliyyatın hərəkəti üçün açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031