azturkxeber.az
http://azturkxeber.az

Ramin Səfərov şəhid, baş leytenant İbrahim Qasımovun ailəsini ziyarət edib

06-09-2026

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Naxçıvan şəhərindən olan, 2023-cü ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan baş leytenant İbrahim Qasımovun ailəsini ziyarət edib.

Azturkxeber.az xəbər verir ki, Ramin Səfərov şəhid, baş leytenant İbrahim Qasımovun vətənə əmanət övladı Malik Qasımovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, baş leytenant İbrahim Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları təltif olunub.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930