azturkxeber.az
http://azturkxeber.az

Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

31-08-2026

Paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən obyektlərin birindən 800 manat dəyərində mobil telefon oğurlanıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən edilib.

Həmçinin Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən 3 ədəd avtomobil mühərriyi oğurlamaqda şübhəli bilinən 63 yaşlı İ.Səfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31