Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaq.
Ümumilikdə dünya çempionatında görüşləri 68 hakim idarə edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: