Vətəndaşların vergi orqanlarına işə qəbul və kadr məsələləri ilə bağlı müraciətləri dinlənilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev Quba, Xaçmaz, Qusar və Şabran rayonlarının sakinlərini videoformatda qəbul edib.
DVX-dən bildirilib ki, qəbulda iştirak edən vətəndaşlar vergi öhdəliklərinin icrası, vergi orqanlarına işə qəbul və kadr məsələləri ilə bağlı müraciət ediblər.
Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: