Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub


Oğuz rayonunun Qarabulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: