azturkxeber.az
http://azturkxeber.az

Nazir Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edib

24-07-2026

Ağalı kəndində özünüməşğulluq proqramı üzrə qurulmuş məişət xidməti obyektinə baxış keçirilib.

Azturkxeber.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb.

Qəbul zamanı vətəndaşlar məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Sonra Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Smart DOST" məntəqəsinə baxış keçirilib, vətəndaşlara göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub. Burada vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 130-dan çox xidmət çevik, şəffaf və innovativ yanaşma ilə təqdim edilir.

Özünüməşğulluq proqramı çərçivəsində Ağalı kənd sakinləri Məmmədov Anar Qədir oğlu, Abdullayev Bəxtiyar Yusif oğlu və Məmmədov Elnur Taleh oğlu üçün qurulmuş bərbər salonuna baxış da keçirilib.

Özünüməşğulluq proqramının dəstəyi ilə hər üç sakin üçün kişi bərbərxanası istiqaməti üzrə aktivlər verilib. Proqram iştirakçıları işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ötən dövrdə Zəngilan rayonunda 714 nəfərin məğulluğu təmin olunub, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində 47 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031