Mərkəzi Bank “Visa” ilə rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılmasını dəyərləndirib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov “Visa” şirkətinin MDB və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə yeni təyin olunmuş baş vitse-prezidenti və ölkə meneceri Sergiy Martinçuk ilə görüşüb.
AMB-dən bildirilib ki, görüşdə ölkədə rəqəmsal ödəniş infrastrukturunun daha da genişləndirilməsi, ödənişlərin qəbulu ilə bağlı xərclərin optimallaşdırılması, sektorda dələduzluqla mübarizə və risklərin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin rəqəmsal ödənişlərin təhlükəsizliyinin və səmərəliliyinin daha da artırılması istiqamətində perspektivdə olan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: