azturkxeber.az
http://azturkxeber.az

Mingəçevirdə keçirilən əmək yarmarkasında 100-dən çox iş yeri təklif olunub

24-07-2026

Mingəçevirdə əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan yarmarkada 20 müəssisə iştirak edib və 100-dən çox iş yeri təklif olunub. Vakansiyalar sənaye, xidmət, tikinti, ticarət, energetika kimi müxtəlif sahələri əhatə edir. İştirakçılar vakansiyaların şərtləri, əməkhaqqı, iş rejimi və tələblər barədə birbaşa işəgötürənlərin nümayəndələri ilə görüşərək ətraflı məlumat ala biliblər.

Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri yerindəcə peşə hazırlığı kursları, özünüməşğulluq proqramları, subsidiya mexanizmləri və digər aktiv məşğulluq tədbirləri haqqında da vətəndaşlara məsləhətlər veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031