Media: Tramp İranla müharibə başlayandan sonra Netanyahudan məyus olub
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərdə narazılıq yaşayıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı yüksəkvəzifəli mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp münaqişə başlayandan bəri dəfələrlə Netanyahudan məyus olduğunu bildirib və bəzi hallarda köməkçilərinə İsrailin Baş naziri ilə görüşmək və ya danışmaq istəmədiyini deyib.
Qəzet qeyd edir ki, Tramp daha əvvəl “Axios” portalına müsahibəsində Netanyahu iyulun 28-də Vaşinqtonda keçiriləcək senator Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcəyi təqdirdə, onunla görüşməyə hazır olduğunu bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: