azturkxeber.az
http://azturkxeber.az

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub

24-07-2026

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Günay Həsənli İtaliyada Aqrar, Ətraf Mühit və Qida Elmləri və Texnologiyaları Proqramı(AƏMQET) üzrə dövlət proqramı vasitəsilə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub.

Azturkxeber.az xəbər verir ki, Günay Həsənli 2022-ci ildə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində İtaliyanın Bolonya Universitetində doktorantura təhsilinə başlayıb. ADA Universiteti və İtaliya-Azərbaycan Universitetinin birgə lahiyəsi çərçivəsində Bolonya Universiteti ilə tədqiqat işlərini davam etdirib.

O, aqrar, ətraf mühit və qida elmləri və texnologiyaları istiqamətində doktorantura təhsilini uğurla başa vuraraq fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.

Hazırda Günay Həsənli Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqroservis ASC” - nin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin Vizuallaşdırma və Hesabatlılıq bölməsinin rəhbəri vəzifəsində çalışır.

Bu uğur Azərbaycan qadınının elm və təhsil sahəsində beynəlxalq səviyyədə qazandığı nailiyyətlərin daha bir nümunəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031