azturkxeber.az
http://azturkxeber.az

İmişlidə yeni DOST filialı fəaliyyətə başlayıb

24-07-2026

DOST xidmətləri şəbəkəsinin regionlarda genişləndirilməsi tədbirlərinin davamı olaraq İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev burada yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və iş prosesi ilə maraqlanıblar.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən sosial xidmətlərin müasir standartlar əsasında təşkili və onların əlçatanlığının artırılmasıdır. Bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST modeli vətəndaşyönümlü yanaşması, şəffaf fəaliyyəti və innovativ idarəetmə prinsipləri ilə seçilir, beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi tanınır.

DOST konsepsiyasının dövlət sosial xidmətlərini "Bir pəncərə" prinsipi əsasında müasir, operativ və şəffaf formada təqdim etdiyi, bu model üzrə göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun 98,9 faiz olduğu qeyd edilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib ki, 9 əməkdaşla fəaliyyət göstərəcək filialda gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır.

İmişli şəhəri, A.Şadlınski küçəsi, 8A ünvanında yerləşən filialın 2 mərtəbəli inzibati binası müasir memarlıq həlləri əsasında layihələndirilib. Binanın ümumi sahəsi 698,1 kvadratmetrdir.

Anar Əliyev filialda xidmətlərin keyfiyyətlə göstərilməsinin, müraciətlərə operativ baxılmasının, vətəndaş məmnunluğunun daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayaraq müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

İmişli filialının da istifadəyə verilməsi ilə hazırda ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031