azturkxeber.az
http://azturkxeber.az

BDYPİ piyadaları diqqətli və məsuliyyətli olmağa çağırıb

24-07-2026

BDYPİ piyadaları diqqətli və məsuliyyətli olmağa çağırıb VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırıb.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, iyulun 23-ü saat 14:00 radələrində Bakı-Quba avtomobil yolunun 53-cü kilometrliyində "VAZ-11173" markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

Həmçinin vurğulanıb ki, piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər.

“Hörmətli piyadalar, unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər”, - deyə məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031