Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Prezidentinin iqlim və su ehtiyatları üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriev arasında görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıblar.
Görüş zamanı Xəzər dənzinin səviyyəsinin aşağı düşməsi, aqrar sahəyə dair yeni Dövlət Proqramının əsas məqsədlərindən biri olan su resurslarına qənat edilməsi məqsədilə suvarma sistemlərinin müasirləşdirilməsi, quraqlığa və xəstəliyə davamlı bitki sortlarının qarşılıqlı sınaqlarının təşkil edilməsi, hər iki ölkə ərazisində keçirilən beynəlxalq sərgi, yarmarka və aqrar festivallarda qarşılıqlı iştirak, eləcə də tərəflərin maraq kəsb etdiyi digər prioritet məsələlər müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


