azturkxeber.az
http://azturkxeber.az

Təbiətsevərlər üçün Bişkekdən birsaatlıq məsafədə yerləşən cənnət Azərbaycan jurnalistləri “Ala-Arça” təbiət parkında olublar

23-07-2026

Bişkekin mərkəzindən cəmi birsaatlıq məsafədə Alp çəmənlikləri, iynəyarpaqlı meşələr, əzəmətli dağlar və çağlayan çayların valehedici mənzərəsi sizi gözləyir. Bu, Azərbaycan jurnalistlərinin Qırğızıstana tanışlıq turu çərçivəsində ilk dəfə ziyarət etdiyi “Ala-Arça” Dövlət Təbiət Parkıdır.

Parka aparan marşrut Azərbaycanın Quba rayonunun məşhur Xınalıq kəndinə gedən yolu xatırladır. Marşrutun əsas nöqtəsinə çatmaq üçün media nümayəndələri kanat yolu ilə gediblər. Son təyinat yerinə çatdıqda, qarşımızda valehedici bir mənzərə açıldı. İki dağ arasından axan çay sehrbaz fırçası ilə yaradılmış canlı kətan rəsm kimi görünürdü və sulu iynəyarpaqlı ağaclar bu təbii kompozisiyanı ahəngdar şəkildə tamamlayırdı.

Jurnalistlərə milli parkın tarixi barədə məlumat verilib. 1976-cı ildə açılan park təxminən 20 min hektar ərazini əhatə edir. Burada ətraf mühitin mühafizəsinə ciddi nəzarət olunur: benzinlə işləyən nəqliyyat vasitələrinin hərəkəti qadağandır, bütün ziyarətçilər elektrik avtobusları və elektromobillərlə daşınır. Bundan əlavə, təyin olunmuş ərazilərdən kənarda tonqal qalamaq və çadır qurmaq da qəti qadağandır.

Bir sözlə, burada insanlarla təbiət arasında ahəngdarlıq üçün bütün şərait yaradılıb və onlar tam harmoniyada birgə yaşaya bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031