azturkxeber.az
http://azturkxeber.az

Bu ilin ilk 6 ayında ADY-nin sərnişin qatarlarına 21 dəfə daş atılıb

23-07-2026

Bir daş təkcə qatarın şüşəsini sındırmır. O insanların həyatını təhlükəyə atır.

2026-cı ilin ilk 6 ayında ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatında deyilir.

Bildirilib ki, bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.

“Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirsin, onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə söhbət etsinlər”, - məlumatda qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031