azturkxeber.az
http://azturkxeber.az

“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

22-07-2026

“Neftçi” və “Qarabağ” futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

Azturkxeber.az-ın məlumatına görə, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də "Neftçi" - "Dinamo" (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən “Xalqlar dostluğu” stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.

İyulun 23-də isə "Qarabağ" - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı “Gənclik”, o cümlədən “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.

Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031