azturkxeber.az
http://azturkxeber.az

Milli mətbuat – həqiqətin və ictimai etimadın səsi

22-07-2026

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz Facebook hesabında paylaşım edib.

Azturkxeber.az paylaşımı təqdim edir.

Azərbaycan milli mətbuatının zəngin tarixi cəmiyyətimizdə söz azadlığının, maarifçiliyin və ictimai məsuliyyətin dərin köklərə söykəndiyini göstərir. İnsan hüquqlarının təşviqi, şəffaflığın və hüquqi maarifləndirmənin gücləndirilməsində media mühüm tərəfdaş, cəmiyyətlə dövlət arasında etibarlı körpü rolunu oynayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı olaraq insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi maarifləndirmə və ictimai məlumatlandırma istiqamətində fəaliyyətimizin operativ və dolğun şəkildə ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin peşəkarlığını, məsuliyyətini və əməkdaşlığını yüksək qiymətləndiririk. İnsan hüquqlarının təbliği və cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına verdiyiniz töhfəyə görə hər birinizə səmimi minnətdarlığımızı bildiririk.

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və peşə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031