azturkxeber.az
http://azturkxeber.az

İdman Akademiyasının komandası Avropa Universitet Oyunlarında 1/4 finala yüksəlib

22-07-2026

İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında Azərbaycan İdman Akademiyasının komandası 1/4 final mərhələsinə yüksəlib.

Azturkxeber.az xəbər verir ki, kollektiv qrup mərhələsində Norveç təmsilçisini 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031