Türkiyənin müdafiə naziri S-400-lərlə bağlı deputat sorğusunu cavablandırıb
Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlament üzvləri qrupunun Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemlərinin satın alınması və sonradan bu məsələ ilə bağlı Türkiyənin F-35 beşinci nəsil təyyarə proqramından kənarlaşdırılması, habelə ABŞ ilə əlaqələrin bərpası barədə yazılı sorğusuna cavab verib.
Azturkxeber.az xəbər verir ki, milli müdafiə nazirinin “Türkiye” qəzetində dərc olunan cavabında deyilir: “Ankara və Vaşinqton arasında dialoqun müsbət dinamikası işığında, həmçinin qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslanaraq, üçüncü ölkələrə də təsir edən məsələlərin həlli yolları araşdırılır”.
Y. Güler əlavə edib: “Türkiyənin milli müdafiə planları mövcud və gələcək təhdidlərin təhlili nəzərə alınmaqla diqqətlə və səriştəli şəkildə hazırlanır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: